Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Türkiyədə koronavirusdan ilk ölüm baş verib

Türkiyədə koronavirusa yoluxan xəstələrdən biri ölüb.

Yenicag.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca Ankarada keçirdiyi mətbuat konfransında bildirib.

“Yeddi gün əvvəl mən ilk koronavirusa yoluxma barədə bildirdim. Bu gün kədərli xəbərim var – xəstələrdən biri öldü. Onun 89 yaşı vardı”, – deyə nazir vurğulayıb. Nazirin sözlərinə görə, o, koronavirusa Çin əsilli şəxsdən yoluxub.

Fahrettin Koca bildirib ki, koronavirusa yoluxanların sayı daha 51 nəfər artıb. Hazırda ölkədə COVİD-19 infeksiyası xəstələrinin ümumi sayı 98 nəfər təşkil edir.

Loading...

www.yenicag.az

398
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100