Türkiyədə koronavirusla bağlı son vəziyyət

media-hightechnic-468x90

Türkiyədə son sutkada 55 149 nəfərin koronavirus (COVID-19) testi pozitiv nəticə verib. İndiyədək 4 323 596 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb.

Yenicag.az xəbər verir ki. bu barədə Türkiyənin Səhiyyə Nazirliyi açıqlama yayıb.

Son 24 saatda 341 nəfər COVID-19-dan dünyasını dəyişib. Bu, indiyədək ölkədə qeydə alınmış ən yüksək sutkalıq ölüm sayıdır. İnfeksiyadan ölənlərin ümumi sayı 36 267 nəfərdir.

Hazırda ölkə üzrə 550 792 aktiv koronavirus daşıyıcısı var ki, onlardan 3319 koronaviruslu xəstənin vəziyyəti ağırdır.

Türkiyədə indiyədək 3 736 537 nəfər (son sutkada 48 947 nəfər) müalicə olunaraq sağalıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600