Türkiyədə koronavirusla bağlı son vəziyyət: Daha 281 nəfər öldü

media-hightechnic-468x90

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 281 nəfər həyatını itirib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Son sutka ərzində COVID-19 infeksiyası ilə əlaqədar 28 873 nəfər test edilib, onlardan 18 052-nin koronavirus testi pozitiv nəticə verib, 28 896 nəfər sağalıb, 3 175 koronaviruslu xəstənin isə vəziyyəti ağırdır.

Hazırda ölkə üzrə bu infeksiyadan ümumilikdə 42 746 nəfər ölüb.

Türkiyədə indiyədək 5 016 141 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 4 691 224 nəfəri müalicə olunaraq evə buraxılıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05