Türkiyədə yeni növ koronavirusdan son sutka ərzində daha 18 nəfər ölüb.
Yenicag.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.
“Bununla da ölənlərin sayı 4 648 nəfərə çatıb. Son 24 saatda 57 829 nəfər testdən keçirilib, onlardan 930 nəfərin cavabı pozitiv çıxıb. Yoluxanların ümumi sayı 168 340 nəfərdir. Sağalanların ümumi sayı 133 400 nəfər təşkil edib”, – deyə, nazir bildirib.
www.yenicag.az