Türkiyədə kubok qarşılaşmalarının da vaxtı dəyişdirildi

media-hightechnic-468x90

d3c145df8ef46832f2245975e838c35aTürkiyə Futbol Federasiyası Super liqa oyunlarının vaxtını dəyişdirdikdən sonra, bu həftəki kubok qarşılaşmalarının da təxirə salındığı bildirilib. Yenicag.az apasport.az-a istinadən xəbər verir ki, artıq “Manisaspor” və “Qalatasaray” arasında baş tutmalı olan matçın biletlərinin satışı dayandırılıb.

Qeyd edək ki, Türkiyə kubokunun 1/4 final mərhələsi çərçivəsində “Fənərbaxça” – “Mersin İdman Yurdu”, “Sivasspor – “Kayserispor”, “Gənclərbirliyi” – “Bursaspor”, “Manisaspor” – “Qalatasaray” qarşılaşmaları 7 və 8 apreldə keçirilməli idi. Qərara əsasən, həmin oyunların tarixi növbəti həftəyə keçirilib.

Xatırladaq ki, məlum qərarlar “Fənərbaxça” klubunun avtobusuna olan silahlı basqından sonra verilib. “Rizəspor”la oyundan sonra İstanbula qayıtmaq üçün Trabzon şəhərinin hava limanına yola düşən “sarı-lacivərdlilər”in avtobusu Trabzon vilayəti ərazisində atəşə tutulub.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa