Türkiyədə 24 Noyabr Müəllimlər Günündə kədərli hadisə baş verib.
Yenicag.az xəbər verir ki, Antaliyanın Manavgat mahalında Dolbazlar orta məktəbində çalışan ingilis dili müəllimi Mehmet Erbaş, məktəbdə özünü asıb.
Əldə edilən məlumata görə, bir müddətdir psixoloji problemlər yaşayan və müalicə aldığı bildirilən Mehmet Erbaşın həftə sonu təşkil etdiyi kurs zamanı dərsini tamamlayaraq şagirdlərini evə buraxıb. Bundan sonar isə o məktəbdə qalaraq intihar edib.
Hadisə yerinə gələn vətəndaşların çağırışı ilə sağlamlıq qrupları əraziyə gəlib. Lakin müəllimi xilas etmək mümkün olmayıb.
Erbaşın cənazəsi tibbi ekspertiza Manavgat Dövlət Xəstəxanasına aparılıb.
Qeyd edək ki, evli və bir uşağı olan Mehmet Erbaş, Dolbazlar İbtidai məktəbində müəllim kimi çalışıb.
www.yenicag.az