!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyədə rekord yoluxma qeydə alındı

!Reklam – Yazi

Türkiyədə son sutka ərzində koronavirusa yoluxanların sayı açıqlanıb.

Yenicag.az ölkənin səhiyyə nazirliyinə istinadən xəbər verir ki, son 24 saat ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi üçün 417 min 787 test aparılıb, 66 min 467 nəfərdə koronavirus aşkarlanıb.

Nazirliyin yayımladığı rəqəmlərə görə, son sutkada daha 143 nəfər koronavirusdan vəfat edib, 29 min 316 nəfər müalicə olunaraq sağalıb.

Qeyd edək ki,pandemiyanın başlanğıcından bu günədək Türkiyədə ən yüksək günlük yoluxma sayı 63 min 82 idi. Bu günün statistikası ilə sözügedən antirekord yenilənmiş oldu.

www.yenicag.az

474
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv