!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyədə “Şuşa İli” ilə bağlı tədbirlər davam edir

!Reklam – Yazi

“Şuşa İli” çərçivəsində Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin təşkilatçılığı, İrs Mətbuat Evi və “Paşa Həyat Sığorta” ASC-nin dəstəyi ilə Türkiyə Prezident Administrasiyasının Millət Kitabxanasında kitab təqdimatı və konfrans keçirilib.

Rəsmi şəxslərin, diplomatik korpus nümayəndələrinin və elm adamlarının qatıldığı tədbir öncəsində Millət Kitabxanasındakı Azərbaycan guşəsinin genişləndirilmiş versiyasının açılışı olub. Açılışda iştirakçılara guşədəki kitablar barədə məlumat verilib. Bildirilib ki, Səfirlik tərəfindən guşəyə çox sayda kitablar hədiyyə edilib və bu ənənə davam etdiriləcəkdir.
Daha sonra tədbir iştirakçıları konfrans zalının girişində Azərbaycan mövzulu foto və kitab sərgisi ilə tanış olublar.

Şəhidlərimizin xatirəsinə bir dəqiqəlik sükut və hər iki ölkənin dövlət himnləri ilə başlayan konfransda səfir Rəşad Məmmədov, Türkiyə Prezidentinin Baş müşaviri Yalçın Topçu, Yunus Emre İnstitutunun Azərbaycan koordinatoru Selçuk Karakılıç və Türkiyə Prezident Administrasiyasının rəsmisi Mehmet Tuncer çıxış edərək “Paşa Həyat Sığorta” ASC-nin dəstəyi ilə İrs Mətbuat Evi türk dilində nəşr edilmiş “Salam, Azərbaycan” və “Qarabağın qara kitabı”nın əhəmiyyəti barədə danışıblar. İrs Mətbuat Evinin direktoru Musa Mərcanlı çıxışında kitabların hazırlanması ideyası və prosesi barədə məlumat verib. Türkiyə Prezidenti yanında Təhlükəsizlik və xarici siyasət şurasının üzvü Aygün Attar konfransda çıxış edərək, hər iki kitab barədə geniş məlumat verib.

Konfransın sonunda kitabların hazırlanması və təqdimatında dəstək göstərən şəxslərə təltifnamələr təqdim edilib.

www.yenicag.az

394
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv