!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyədəki tələbələr ölkəyə belə qaytarılsınlar... - Partiya sədrindən TƏKLİF

!Reklam – Yazi

AY Partiya Türkiyədəki Azərbaycanlı tələbələrin müvəqqəti olaraq ölkəyə qaytarılması haqqında təklif irəli sürüb.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli məlumat verib.

O bildirib ki, tələbələr yataqxanaları boşaldıb evlərinə qayıtmalıdır:

“Türkiyədəki dəhşətli zəlzələdə evsiz qalmış vətəndaşların müvəqqəti olaraq universitetlərin yataqxanalarında yerləşdiriləcəkləri üçün uzaqdan təhsil sisteminə keçilib. Tələbələr yataqxanaları boşaldıb evlərinə qayıtmalıdır. Bu vəziyyətdə azərbaycanlı tələbələrin ölkəmizə qayıdışının dövlət səviyyəsində təmin edilməsi şərtdir”.

O, dövlət rəsmilərinə müraciət edərək tələbələrin taleyinə biganə qalmamağa səsləyib:

“Dövlət rəsmilərinin bu məsələyə biganə qalmamasını, qardaş ölkənin işini bir az asanlaşdırmaq üçün azərbaycanlı tələbələrin ölkəyə qayıtmasını təmin etməsini rica edirik”.

“Məsələ ilə bağlı təkliflərimiz belədir:

1. Azərbaycan Hava Yolları (AZAL) şirkəti təyyarə ilə özəl uçuş reysi təşkil etsin və tələbələri ölkəyə gətirsin.

2.Naxçıvan ilə quru yolları açılsın, dövlət hesabına avtobuslar göndərilsin və tələbələr ölkəyə gətirilsin.

3.Azərbaycan hökümətinin belə imkanları yoxdursa, o zaman Türkiyədəki və Azərbaycandakı azərbaycanlı iş adamlarına müraciət edilsin, holdinq və şirkət rəhbərlərinin yardımı ilə onlar bu tələbələrin ölkəyə gətirilməsini təmin etsin.

Tələbələrimizin taleyinə biganə qalmayaq”, – deyə AY Partiya başqanı qeyd edib.

www.yenicag.az

635
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv