Türkiyədən ABŞ-ın ittihamına cavab: “Provokasiyadır...”

media-hightechnic-468x90

Türkiyəni Suriyanın İdlib bölgəsindəki terrorçuları dəstəklədiyini bəyan edən ABŞ prezidenti Donald Trampın İŞİD-lə mübarizə üzrə xüsusi təmsilçisi Brett Makqarkın cavabı verildi.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, Xarici İşlər Nazirliyinin sözçüsü Hüseyin Müftüoğlu yaydığı açıqlamada Makqarkın bu ittihamını provokasiya kimi qiymətləndirib:

“Makqarkın bu fikirləri provokasiya olaraq qiymətləndirilib və etirazımız onun diqqətinə çatdırılıb.

Suriyada və İraqdakı terror şəbəkələrinin sıradan çıxarılmasının əsas aktyorların birgə səyləri nəticəsində mümkün olacağına inanırıq.

Eyni zamanda, Suriyadakı terrorçu PYD/YPG-nin dəstəklənməməsinə yönələn gözləntilərimiz də Makqarka xatırladılıb”.

Yenicag.Az

Mövzu ilə əlaqədar

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600