!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Türkiyəli sənətçi Bakıda gecə klubunda döyülüb

!Reklam – Yazi

“Troya” klubu ilə bağlı daha bir qalmaqal baş verib. Türkiyəli müğənni və aktyor Mahmut Akın Bakının mərkəzində yerləşən “Troya” gecə klubunda döyülüb.

Bu barədə sənətçinin özü “Yeni Müsavat”a müraciətində bildirib. Hazırda Mədəniyyət və İncəsənət Universitetində magistr təhsili alan sənətçi yaşadığı hadisəni bu cür açıqlayıb:

“Daimi olaraq “Troya” klubuna gedirdim. Orda bəzi xoşagəlməz olaylara şahid olurdum. Belə ki, Anar adlı inzibatçı qadın alveri ilə məşğul olur, gələn müştərilərə qadınlar təklif edirdi. Daimi o məkana gedib-gəldiyimdən klubun müdiri Çingizi yaxından tanıyırdım və bu barədə ona dedim. Müdir də həmin inzibatçını işdən çıxartdı.

Bundan sonra yenə də daimi olaraq gedirdim. Sentyabrın 7-də də həmin məkana getmişdim. Bu vaxt həmin inzibatçı da kluba gəlmişdi. Məni görüb dedi ki, mənimlə çöldə söhbətləşmək istəyir. Onun dava salmaq istədiyini görən klubun nəzarətçiləri onu kənarlaşdırdılar. Buna baxmayaraq o, yenidən kluba qayıtdı. Sonradan məlum oldu ki, o, 5-6 dostu ilə birlikdə gəlib. Anar yenidən kluba qayıdan kimi mənə söyüşlər yağdırmağa başladı. Bunun səbəbini soruşanda isə qarın nahiyəmə güclü zərbə vurdu. Daha sonra isə başı ilə üzümə vurdu.

Zərbədən burnum ağır zədə aldı. Özümə gəlməmiş dostları da üstümə tökülüb mənə zərbələr vurmağa başladılar. Amma bu dəfə heç kim onları ayırmadı. Çünki sən demə dostlar arasında klub məkanın sahibi Yaşar adlı şəxsin oğlu Əli də var imiş. Məni xeyli döydülər, əllərindən birtəhər qurtulub klubun arxa tərəfində bir otağa sığındım. Olay bununla bitmədi, dostlar bu dəfə otağın qapısı ətrafına yığışıb məni ordan çıxartmağa çalışır, hər cür ağır söyüşlər söyüb məni ölümlə hədələyirdilər. Bir az keçmiş dostların saqqalı dostları da gəlib çıxdı.

Tək qalmışdım, telefonum da içəridə qaldığından başıma gələn olayla bağlı polisə zəng edə bilmirdim. Səhərə qədər otaqda qalıb müdirin gəlməsini gözlədim. Müdir gəldikdən sonra başıma gələnlərdən agah oldu və mənə dedi ki, heç bir yerə şikayət etməyim, hər şey qaydasına düşəcək, məni özləri xəstəxanaya aparacaqlar. Türkiyə vətəndaşı olmağıma baxmayaraq hər halda Azərbaycanda qəribəm, onun dediklərindən sonra həmin vaxt polisə şikayət etmədim. Qorxdum ki, başıma daha pis olay gələ bilər. Müdir məni “Semaşko” xəstəxanasına apardı.

Həkim müayinəsindən keçəndə yalan danışaraq bildirdi ki, guya mən idmançıyam, məşq zamanı burnum qırılıb. Rentgen müayinəsindən məlum oldu ki, burnumun sol hissəsində sınıq var, təcili əməliyyat olunmalıdır. Xəstəxanadan çıxdıqdan sonra müdir mənə dedi ki, narahat olmayım, əməliyyat üçün köməklik göstəriləcək.

Lakin hadisədən uzun müddət keçməsinə baxmayaraq gördüm ki, mənimlə heç kim maraqlanmadı. Hətta məni döyən şəxslər gəlib nə məndən üzr istədi, nə də zəng etdilər. İşi belə görüb, 102 xidmətinə zəng vurdum. Orda məni 39-cu bölməyə göndərdilər. Başıma gələnləri danışdım. Təhqiqatçı o klubun adını eşidən kimi dedi ki, məsələni həll edəcək. Bir neçə gündən sonra təhqiqatçı ilə əlaqə saxlayanda isə mənimlə fərqli danışmağa başladı. Dedi ki, “cavansız da dalaşmaq da olar, söyüş söymək də”. Daha sonra isə ümumiyyətlə telefon zənglərimi açmadı. Qarşı tərəf polisə müraciət etdiyimi bilincə mənimlə əlaqə saxlayıb təhdidlər etməyə başladılar. Sonda isə bəlli oldu ki, guya ki, məni təkcə Anar adlı şəxs döyüb və o, 200 manat dəyərində cərimə olunub, vəssalam, işi beləcə bağlayıblar”.

Şikayətçi deyir ki, onun DİN rəhbərliyinə müraciətindən sonra məsələ təkrar araşdırlıb və yekun olaraq ona işin prokurorluğa göndəriləcəyi bildirilib: “Bu olaydan sonra ağır sarsıntı keçirmişəm, ünvanıma söylənilən söyüşləri, zərbələri unuda bilmirəm. Azərbaycanı biz ikinci vətən hesab edirik. Mənim şəxsən Azərbaycan haqqında xeyli mahnılarım, şeirlərim var. Redaksiyanız vasitəsi ilə aidiyyəti qurumlara müraciət edirəm ki, tezliklə yaşadığım hadisəyə ədalətli qərar verilsin”.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətindən “Yeni Müsavat”a verilən məlumata görə məsələ ilə bağlı Cinayət Məcəlləsi ilə xuliqanlıq işi üzrə cinayət işi başlanılıb, hazırda istintaq gedir.

Mövzu ilə əlaqədar klub rəhbərliyinin də mövqeyini öyrənməyə çalışaq da, çoxsaylı zənglərimiz cavabsız qaldı.

Xatırladaq ki, “Troya” gecə klubunun adı bundan əvvəl də mətbuatda qalmaqallı hadisələrdə hallanıb. 2013-cü ildə isə adı çəkilən klubda 23 yaşlı gənc naməlum şəxslər tərəfindən bıçaqlanıb qətlə yetirilmişdi. 2014-cü ildə isə 22 yaşlı gənc qadın Afiyyət İsmayılova polisə müraciət edərək klubda mühafizəçilər tərəfindən döyüldüyü barədə şikayət etmişdi.

Türkiyəli sənətçi Bakıda gecə klubunda döyülüb

Yenicag.az

www.yenicag.az

604
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv