Türkiyənin Azərbaycandakı səfirliyi iftar süfrəsi təşkil etdi

media-hightechnic-468x90

Türkiyənin Azərbaycandakı səfirliyi martın 31-də Bakıda iftar süfrəsi təşkil edib.

Yenicag.az xəbər verir ki, səfir Cahit Bağçı iftar süfrəsinə təşrif gətirənləri müqəddəs Ramazan ayı münasibətilə təbrik edib, bu ayın mahiyyətindən danışıb, Uca Allahdan bütün oruc və namazların qəbul olunmasını arzulayıb.

Azərbaycanlıların soyqırımının 104-cü ildönümü günündə Allahdan bütün şəhidlərimizə rəhmət diləyən Cahit Bağçı bildirib ki, bu gün müharibələr dünyamızın ən böyük bəlasıdır. O, bu müqəddəs ayda münaqişələrin bitməsini və dünyamıza əbədi sülhün qismət olmasını arzulayıb.

İftar süfrəsində Milli Məclisin deputatları, Azərbaycanın din və ictimai xadimləri, o cümlədən qazilər və şəhid ailələri iştirak ediblər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600