Reklam: Sinerji

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

"Türkiyənin NATO-dan ayrılmasına mane olun" - Qərb narahatdır

“Qərb Rusiyanın oyununa gəlməməli və Türkiyənin NATO-dan çıxmasına mane olmalıdır”.

Yenicag.az xəbər verir ki, bu barədə İngiltərənin nüfuzlu qəzetlərindən olan “Daily Telegraph”da Türkiyənin Suriyada həyata keçirdiyi “Zeytun budağı” əməliyyatı barədə yayımlanan məqalədə bildirilib. Yazıda Ankara-Vaşinqton əlaqələrinin gərginləşməsinə diqqət çəkilib:

“NATO nizamnaməsinin 5-ci maddəsində qeyd olunur ki, müttəfiq ölkələrin hansısa biri hücuma məruz qalarsa, digər müttəfiqlər həmin ölkəyə kömək etməlidir. ABŞ-da baş verən dəhşətli terror hadisəsindən sonra qəbul olunan bu maddə sülhün zəmanətçisi kimi təqdim olunub. Lakin bu gün NATO-nun ən güclü üzvü ABŞ-ın müttəfiqləri (red: PYD/YPG nəzərdə tutulur) NATO-nun digər üzvü Türkiyənin biləvasitə hədəfinə çevrilib. Kürdlər İŞİD-lə mübarizə çərçivəsində ABŞ üçün böyük əhəmiyyətə malik idi. Amerikanın dəstəyi ilə güclənən kürdlər regionda müstəqil ölkə qurmaq niyyətinə düşüblər. Bu isə Türkiyənin ərazi bütövlüyünü və sərhəd təhlükəsizliyini təhdit edir. Yəni ABŞ üçün müttəfiq olan qüvvə Türkiyə üçün terrorçudur”.

Məqalədə yaranmış vəziyyətin Rusiya üçün əlverişli şərait yaratdığı da qeyd olunub:

“NATO-nun qurulma səbəbi olan Rusiya, yəqin ki, ittifaqa üzv ölkələrin qarşı-qarşıya qalmasından çox böyük həzz alır. Türkiyədə baş verən uğursuz çevriliş cəhdindən sonra Qərb liderləri olduqca zəif reaksiya verdi. Bu isə təbii olaraq, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın inamsızlığına səbəb olub”.

www.yenicag.az

1713
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100