Türkmənistan nümayəndələri OPEC-in may ayının sonunda Vyanada keçiriləcək konfransında iştirak edəcəklər.
Yeniçağ.Az OilGas.az-a istinadən xəbər verir ki, Türkmənistan böyük ehtimalla neft hasilatının azaldılması barədə sazişə qoşulacaq.
Qeyd edək ki, ötən il OPEC və kartelə daxil olmayan 11 ölkə neft hasilatının azaldılması barədə saziş imzalayıb. Saziş yanvarın 1-dən qüvvəyə minib və iyunun ayının sonunda müddəti başa çatacaq. Bu il mayın 25-də Vyanada OPEC üzvlərinin və digər ölkələrin nazirlərinin sammiti keçiriləcək. Konfrans zamanı sazişin müddətinin daha 6 ay müddətinə uzadılacağı gözlənilir.
Türkmənistan əvvəlki sazişdə və görüşdə iştirak etməmişdi. Reuters agentliyinin məlumatına görə, OPEC-in Vyanada keçiriləcək sammitində Misir nümayəndələri də ilk dəfə iştirak edəcəklər.
Yeniçağ.Az
www.yenicag.az