“Twitter”,“TikTok”, “Google” və “Amazon”un da fəaliyyətində PROBLEMLƏR yarandı

media-hightechnic-468x90

“Facebook”, “WhatsApp”, “Instagram” sosial şəbəkələrində yaranan problemin ardınca “Twitter”, “TikTok”, “Google” və “Amazon”un da fəaliyyətində problemlər yaranmağa başlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə məşhur internet resurslarının fəaliyyətini izləyən “Downdetector” xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, minlərlə insan sözügedən xidmətlərin işində yaranan problemdən şikayət edib.

İnternet istifadəçiləri “Twitter” “Google” və “Amazon” tətbiqlərini yükləyə bilməyib.

Çinin ən nəhəng sosial şəbəkə tətbiqini – “TikTok”u istifadə edən insanlar bu sosial şəbəkənin fəaliyyətində də fasilələrin yarandığını qeyd ediblər.

Xidmət istifadəçilərinin yarıdan çoxu (51 faizi) tətbiqə daxil ola bilmədiklərindən şikayətləniblər.  Digərləri isə mesaj göndərməkdə çətinlik çəkdiklərini, eyni zamanda serverlə əlaqədə fasilələrin olduğunu qeyd ediblər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600