Bir sıra ölkələrdə “Twitter” sosial şəbəkəsinin işində nasazlıq müşahidə olunur.
Yenicag.az xəbər verir ki, bu barədə internet resursların işini izləyən məşhur “Downdetector” xidməti məlumat yayıb.
Nasazlıqlardan ən çox ABŞ, Böyük Britaniya, Yaponiya, Almaniya, Fransa və Niderland istifadəçiləri şikayət edirlər. Rusiyada əsasən paytaxt sakinləri nasazlıqdan şikayətləniblər.
Xidmətin məlumatına görə, istifadəçilərin əksəriyyəti saytın (təxminən 48%) işində problemləri hiss edir. İstifadəçilərin təxminən 33%-i “Apple” mobil telefonlarında və mobil proqramlarda sosial şəbəkənin işindən şikayət edirlər. İstifadəçilərin 17% -i Android cihazlarında tətbiqetmə qəzalarının olduğunu bildiriblər.
www.yenicag.az