!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ucarda məzun qəza törətdi, xəsarət alanlar var - FOTO

!Reklam – Yazi

Ucarda məzun idarə etdiyi avtomobillə qəza törədib.

Yenicag.az-ın xəbərinə görə, hadisə bu gün günorta Ucar-Zərdab yolunun Ucar rayonunun Qazyan kəndindən keçən hissəsində baş verib. Rayonun Qazyan kənd məktəbinin məzunu, 2006-cı il təvəllüdlü Nüsrət Müğdət oğlu Qasımovun idarə etdiyi “VAZ 21015” markalı minik maşını ilə Zərdab rayon sakininin idarə etdiyi “Mercedes” markalı maşın toqquşub. Nəticədə sürücü, N. Qasımov, onun sərnişini, 2002-cı il təvəllüdlü Sənan Ələsgər oğlu Bağırov və digər avtomobildə olan sərnişin, Zərdab rayon sakini, 1993-cü il təvəllüdlü Fəridə Saleh qızı Zeynalova müxtəlif xəsarətlər alıblar. Onlar Ucar Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır./apa/

www.yenicag.az

274
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv