!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Üçüncü Dünya müharibəsinə sürüklənən BƏŞƏRİYYƏT: "Böyük dövlətlər öz maraqlarını təmin etmək üçün..."

!Reklam – Yazi

“Vəziyyət dəyişməzsə, baş verənlər Üçüncü Dünya müharibəsinə, bəlkə də, dünyanın sonuna aparacaq”.

Bu fikirləri dünyada münaqişə ocaqlarının miqyasının böyüməsi və Üçüncü Dünya müharibəsi ehtimalını dəyərləndirən hərbi ekspert Şair Ramaldanov Yenicag.az-a açıqlamasında səsləndirib.

Şair Ramaldanov bildirib ki, proseslər dünya müharibəsinə doğru irəliləyir:

“Üçüncü Dünya müharibəsi nədirsə, bunu heç kim deyə bilmir. Münaqişə bölgələrinin miqyası genişlənir. Avropa, Yaxın Şərq, Çin məsələsi də gündəmə gəlir. Əgər belə davam edərsə, bu, Üçüncü Dünya müharibəsinə, bəlkə də, dünyanın sonuna aparacaq. Bunun əsas səbəbi qəbul olunan beynəlxalq normaların işləməmisidir. Beynəlxalq normalar böyük dövlətlərin marağı üçün istifadə olunur. Həmin normalar kiçik dövlətlərə təsir mexanizmidir. Orada da ayrı-seçkilik var – bizimkilər, sizinkilər. Qanunlar işləmədiyi halda münaqişlərə yol açılır. Münaqişə yaranmasına qədər tədbirlər görülmür. Münaqişə yaranandan sonra o vəziyyətdən böyük dövlətlər öz maraqlarını təmin etmək üçün istifadə edirlər. Belə olan halda, siyasətin digər forması işə düşür. Bu zaman silahlardan istifadə olunur. Münaqişlər, müharibələr yaranır.

Azərbaycan-Ermənistan münaqişəsini götürək. Ermənistan Azərbaycan torpaqlarını işğal etmişdi. Bununla bağlı BMT-nin 4 qətnaməsi var idi. Ancaq Azərbaycan silah yolu ilə haqqını bərpa etdi.

Beynəlxalq qurumlar ədaləti bərpa etmək üçün, haqsızı cəzalandırmaq üçün olmalıdır. Ancaq BMT kiçik bir Ermənistana qətnamələrini icra etdirə bilmədi. Belə olan halda, nüfuzlu qurumlar nüfuzlarını itirirlər. Bu zaman xaos baş verir. Ona görə də bu gün dünya ilanın ağzına qurbağa gedən kimi məhz Üçüncü Dünya müharibəsinə doğru inkişaf edir”.

Səxavət Məmməd

COP29

www.yenicag.az

2253
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv