!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

UEFA avrokubok iştirakçıları üçün gəlir bölgüsünü açıqladı

!Reklam – Yazi

UEFA qarşıdakı avrokubok mövsümü üçün maliyyə gəlirlərinin bölgüsü sistemini təqdim edib.

Yenicag.az xəbər verir ki, Çempionlar Liqası, Avropa Liqası və UEFA Super Kubokunda kommersiya fəaliyyətindən ümumi daxilolmalar 3,25 milyard dollar təşkil edəcək. Bunun 295 milyon avrosu inzibati və təşkilati ehtiyaclara qarşılanacaq, 227,5 milyon avrosu həmrəylik ödənişlərinə xərclənəcək. Turnirlərin iştirakçılarına 2,55 milyard avro ayrılacaq. Bu məbləğin 2,04 milyard avrosu Çempionlar Liqası və Superkubok, 510 milyard avrosu Avropa Liqası iştirakçılarına çatacaq.

Çempionlar Liqasının qrup mərhələsində iştirak qarşılığında 32 klubun hər biri 15,25 milyon avro, qrup mərhələsində hər qələbəyə görə 2,7 milyon avro, heç-heçə üçün 900 min avro alacaq. 1/8 finala çıxanlar hərəyə 9,5 milyon avro, 1/4 finalçılar 10,5 milyon avro, yarımfinalçılar 12 milyon avro qazanacaqlar. Finalda uduzan komandaya 15 milyon avro, qalibə isə 19 milyon avro çatacaq.

Avropa Liqasının qrup mərhələsinin iştirakçıları hərəyə 2,92 milyon avro, qrup qalibləri hərəyə 1 milyon avro, ikinci yeri tutanlar 500 min avro, qrup mərhələsindəki hər qələbə qarşılığında 570 min avro, heç-heçəyə görə 190 min avro, “pley-off”a çıxanlar 500 min avro, 1/8 final iştirakçıları 1,1 milyon avro, 1/4 finalçılar 1,5 milyon avro, yarımfinalçılar 2,4 milyon avro, finalçılar 4,5 milyon avro, qalib 4 milyon avro irəli düşəcək.

Superkubok iştirakçıları hərəyə 3,5 milyon avro, qalib isə 1 milyon avro əldə edəcək.

Avropa Liqasında ilkin təsnifat mərhələsinin iştirakçıları 220 min avro, I təsnifat mərhələsindəkilər 240 min avro, II təsnifat mərhələsində çıxış edənlər hərəyə 260 min avro, III təsnifat mərhələsindəkilər 280 min avro, “!pley-off”çular 300 min avro qazanacaqlar.

Çempionlar Liqasında ilkin mərhələ iştirakçıları hərəyə 230 min avro, I təsnifat mərhələsində çıxış edənlər 280 min avro, II təsnifat mərhələsində oynayanlar 380 min avro, III təsnifat mərhələsindəkilər hərəyə 480 min avro əldə edəcəklər. “Pley-off”da iştirak qarşılığında ödəniş nəzərdə tutulmayıb.

Qeyd edək ki, bu mövsüm Azərbaycanı Çempionlar Liqasında “Qarabağ” təmsil edir. Avropa Liqasındakı təmsilçilərə gəldikdə, “Neftçi” və “Səbail” I təsnifat, “Qəbələ” isə II təsnifat mərhələsindən mübarizəyə başlayacaq./Report/

COP29

www.yenicag.az

1576
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv