!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

UEFA-dan AFFA-ya məktub: "Kəpəz" - "Qarabağ" matçına görə...  

!Reklam – Yazi

UEFA-nın Fair-Play və Sosial Məsuliyyət Komitəsindən məktub daxil olub.

Yenicag.az xəbər verir ki, komitənin sədri Peter Gillieronun imzaladığı məktubun əsli “Kəpəz” klubuna, surəti isə AFFA-ya ünvanlanıb.

Məktubda Azərbaycan Premyer Liqasının XI turun Gəncə şəhər stadionunda keçirilmiş “Kəpəz” – “Qarabağ” oyununda meydan sahibi komandanın üzvü Viktor Oseqeylin nümayiş etdirdiyi fair-play nümunəsi təqdir olunub.

Xatırladaq ki, qeyd olunan oyunun 26-cı dəqiqəsində, hesab 0:0 olarkən “Kəpəz”in futbolçusu Viktor Oseqeyl ilə “Qarabağ”ın qapıçısı İbrahim Şehiç arasında cərimə meydançası daxilində mübarizədən sonra qarşılaşmanın baş hakimi 11 metrlik cərimə zərbəsi təyin etmiş, lakin Oseqeyl referiyə yaxınlaşaraq ona qarşı qayda pozuntusu olmadığını bildirmiş və hakim penalti qərarını ləğv etmişdi. Futbolçunun ədalətli oyun prinsiplərinə sadiq hərəkəti barədə AFFA tərəfindən UEFA-nın Fair-Play və Sosial Məsuliyyət Komitəsinə məlumat verilmişdi.

COP29

www.yenicag.az

2318
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv