UEFA Konfrans Liqası: "Sumqayıt" Macarıstan klubuna məğlub oldu

media-hightechnic-468x90

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Sumqayıt” – “Fehervar” matçı başa çatıb.

Yenicag.az xəbər verir ki, qarşılaşma Macarıstan klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

“Sumqayıt”ın heyətində 20-ci dəqiqədə Səbuhi Abdullazadə fərqlənib. “Fehervar”dan Tobias Kristensen 39-cu dəqiqədə bərabərliyi təmin edib. 52-ci dəqiqədə Ksaba Spandler komandasının ikinci qolunu vurub.

Meydan sahiblərindən Murad Xaçayev qırmızı vərəqə ilə cəzalanıb.

Qeyd edək ki, “Sumqayıt”la “Fehervar” arasında cavab görüşü iyulun 31-də Macarıstanda baş tutacaq./Report/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa