!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukrayna hərbi hədəflərə PUA zərbələrini gücləndirir

!Reklam – Yazi

Ukrayna Rusiyanın hərbi hədəflərinə qarşı uzaqmənzilli pilotsuz uçan aparatlarla zərbələrini gücləndirir.

Yenicag.az xəbər verir ki, bu barədə nüfuzlu “The Wall Street Journal” nəşri məlumat yayıb.
Nəşr xüsusilə xatırladıb ki, avqustun 22-də səhər Volqoqrad vilayətindəki Marinovka aviabazasına yanacaq və uçan bombalar olan anbarları hədəf alan hücum həyata keçirilib.

Ukrayna pilotsuz təyyarələrinin fəaliyyəti Kiyevdən ABŞ-a Rusiya ərazisində Amerika silahlarının istifadəsinə icazə verilməsi ilə bağlı çağırışlar fonunda güclənir.
Ukrayna lideri Volodimir Zelenski Rusiyanın təcavüzünə qarşı effektiv mübarizəni davam etdirmək üçün əlavə raket silahlarının əldə edilməsinin vacibliyini vurğulayır.

Ekspertlər əlavə edirlər ki, Rusiya hava bazalarına hücumlar uzunmüddətli perspektivdə Rusiya Hərbi Hava Qüvvələri üçün ciddi problemlər yarada bilər, Moskvanı hava hücumundan müdafiə sistemlərini yenidən yerləşdirməyə və təyyarələrini daha uzaq bazalara köçürməyə məcbur edə bilər.

Rafi Müslümov

www.yenicag.az

209
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv