!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukrayna məğlub OLUR? - “Bu şəhərin əldən çıxması Kiyev üçün ağır zərbə olar”

!Reklam – Yazi

“Xarkovun əldən çıxması müharibədə Kiyev üçün ağır zərbə olar”.

Bunu Yenicag.az-a açıqlamasında Ukraynanın Xarkov şəhərinin boşaldılması və Kiyevin Rusiya-Ukrayna müharibəsində məğlub olması ilə bağlı yayılan xəbərləri şərh edən politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, İkinci Dünya Müharibəsi zamanı Staliniqrad SSRİ üçün nə idisə, Xarkov da Ukrayna üçün eyni əhəmiyyəti kəsb edir.

“Belə olan təqdirdə isə Xarkovun əldən çıxması müharibədə Kiyev üçün ağır zərbə olar. Ancaq məğlubiyyətdən danışmaq hələ ki tezdir. Qərbin yardımları ləngidiyinə görə Ukrayna Rusiya ilə başa-baş döyüşdə çətinlik yaşayır. Ukrayna Prezidenti Volodimir Zelenski belə “biz 1 mərmi atdıqda, Rusiya 10 mərmi atır”, – deyib. Çünki Rusiyanın hərbi sənayesi inkişaf edib. Nə qədər itki olsa da, qısa müddətdə yerini doldura bilir. Əlavə olaraq, Ukraynanın insan resursu, təbii olaraq, Rusiya ilə müqayisə edilə bilməz. Buradan vəziyyətin nə yerdə olduğu aydın görünür”, – deyə politoloq bildirib .

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

233
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv