!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukrayna NATO-ya üzv olacaq

!Reklam – Yazi

“Rusiya Federasiyası ilə Kiyev arasında danışıqlar 2024-cü ildə mümkündür”.

Yenicag.az xəbər verir ki, bunu NATO-nun Avropadakı keçmiş komandanı Ceyms Stavridis “WABC 770 AM” telekanalına müsahibəsində bildirib.

O deyib ki, həm Rusiya, həm də Ukrayna müharibədən tükənib və çox güman ki, bu ilin sonunda, ABŞ seçkilərindən sonra sülh danışıqlarına başlayacaqlar.

Hərbçi əlavə edib ki, həm Rusiya, həm də Ukrayna çətinliklər yaşayır və üçüncü tərəflərdən kömək alır.

Keçmiş baş komandanın fikrincə, Rusiya Federasiyası ilə Ukrayna arasındakı müharibə Koreya müharibəsi kimi bitə bilər: “Bu isə o deməkdir ki, Rusiya Ukraynanın müəyyən hissəsinə, Krıma, Rusiyaya quru körpüsünə nəzarət edəcək”.

“Digər tərəfdən, mən Ukraynanın NATO-ya üzv olacağını güman edirəm”, – Stavridis davam edib.

COP29

www.yenicag.az

190
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv