Ukrayna ordusu mühasirəyə düşdü

media-hightechnic-468x90

71756Ukraynanın şərqində rusiyameyilli separatçılar əsas məntəqələrdən birini ələ keçiriblər.

Yenicag.az anspress-ə istinadən bildirir ki, bu barədə qondarma Donetsk Xalq respublikasının ordu rəhbərinin müavini Eduard Basurin açıqlama verib.

Onun sözlərinə görə, separatçılar Ukryananın cənub-şərqində yerləşən Debalçevo məntəqəsində nəzarəti ələ alıblar.

Basurin bildirib ki, separatçılar məntəqəni ələ keçirmək üçün bütün günü döyüşüblər.

“Hazırda Ukrayna ordusunun bölgədən çıxarılması üçün döyüşlər gedir. Döyüşçülər Artemovsk- Debalçevo avtomagistralına da nəzarət edirlər. Şəhərdə təxminən 10 min Ukrayna əsgəri var. Şəhərdən çıxa bilmirlər”, deyə Basurin bildirib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa