Ukrayna XİN Vudi Allenin Moskva kinofestivalına qatılmasını PİSLƏDİ
Ukraynanın Xarici İşlər Nazirliyi (XİN) amerikalı kinorejissor Vudi Allenin Moskva Beynəlxalq Kinofestivalında iştirakı ilə bağlı sərt açıqlama yayıb.
Yenicag.az xəbər verir ki, Allen festivalda onlayn formatda çıxış edərək rusiyalı rejissor Fyodor Bondarçukla söhbət edib. O, Rusiyada film çəkməyi planlaşdırmadığını, çünki bu istiqamətdə hər hansı təklif almadığını bildirib.
Ukrayna XİN bəyan edib ki, Allenin festivalda iştirakı Rusiya təcavüzündən əziyyət çəkən ukraynalı aktyor və kino xadimlərinin xatirəsinə hörmətsizlik və təhqirdir. Nazirlik vurğulayıb ki, mədəniyyət cinayətləri ağartmaq və təbliğat vasitəsi kimi istifadə olunmamalıdır.