Ukraynada növbədənkənar parlament seçkiləri ilə bağlı keçirilən səsvermə yerli vaxtla saat 20:00-da başa çatıb. Səsvermə başa çatandan sonra “exit-poll”un ilkin nəticələri elan olunacaq.
Yenicag.az xəbər verir ki, Ukrayna Mərkəzi Seçki Komissiyasının saat 16:00-a olan son nəticəsinə görə, seçicilərin 37 faizə yaxını səsvermədə iştirak edib.
Qeyd edək ki, Ukraynada səsvermə yerli vaxtla səhər saat 08:00-da başlayıb.
Mərkəzi Seçki Komissiyası növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 22 partiyadan 2700 namizəd, təkmandatlı seçki dairəsindən isə 3200-dən çox nümayəndə qeydə alıb.
Seçkilərdə yalnız 5 faizlik baryeri aşan partiyalar iştirak edə biləcəklər. Yerli təşkilatların apardığı sorğuya əsasən, ukraynalıların elektoral rəğbət reytinqində səslərin 49,5 faizini toplayan Prezident Vladimir Zelenskinin “Xalqın xidmətçisi” partiyası liderlik edir. İkinci yerdə “Həyat uğrunda – müxalifət platforması” gedir, ona rəyi soruşulanların 10,5 faizi səs vermək niyyətindədir./APA/
www.yenicag.az