“Zalujnıdan sonra baş komandan olan Aleksandr Sırski döyşlərə ciddi sürətdə rəhbərlik edə bilmir”.
Bu sözləri Yenicag.az-a açıqlamasında Rusiyanın Xarkov istiqamətində irəliləməsi, Qərbin silah yardımları və gözlənilən nəticələri şərh edən politoloq Qabil Hüseynli deyib.
Qabil Hüseynli bildirib ki, Rusiya Xarkovu işğal edə bilməyəcək.
“Ruslar Xarkovun 8-10 km-dədirlər. Əks hücumlar nəticəsində Ukrayna qoşunları ruslara ciddi tələfat verdirir. Yaxınlarda Qərbdən göndərilən Ukrayna ordusuna veriləcək. Artileriya çatışmazlığı olduğu deyilirdi. Artileriya, mərmilər verilir. Ukrayna tərəfi bildirir ki, rusların 30-dan çox hücumunu dəf ediblər. Onlar böyük itkilərlə geriyə oturdulub. Rusiya tərəfi isə irəlilədiyini deyir. Rusiya prezidenti isə Xarkovun onlara lazım olmadığını deyir. Zelenski Donetsk, Lukansk istiqamətindən xüsusi təyinatlıları çıxarıb, Xarkov istiqamətinə göndərir. Zalujnıdan sonra baş komandan olan Aleksandr Sırski döyşlərə ciddi sürətdə rəhbərlik edə bilmir. Qoşunların bölünməsi, müdafiənin təşkil edilməsi, silah və sursatın lazımı yerlərə göndərilməsində problemlər görünür”, – deyə o bildirib.
Politoloq qeyd edib ki, Ukrayna tərəfi də Rusiyanın strateji obyektlərini vurur.
“Cəbhədə üz-üzə döyüşlərdə isə Ukrayna ordusunun zəif məqamları görünür. Rusiya heç nəyə baxmadan silah təzyiqi ilə adamları Ukraynanın üzərinə göndərirlər.
Rusiya diqqəti Xarkova yönəldib ki, Lukansk, Donetsk istiqamətindəki Ukrayna qoşunları Xarkova cəlb edilsin və həmin bölgələrdən hücuma keçsinlər”, – deyə o yekunlaşdırıb.
Səxavət Məmməd
www.yenicag.az