!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukraynanın Kurska daxil olması: "Bu qərar ya Amerikadan, ya da NATO qərargahından gəlir"

!Reklam – Yazi

“Bu akt öz müəllifliyinə görə heç də Ukraynaya aid deyil”.

Bu fikirləri Ukraynanın Rusiyanın Kursk vilayətinə daxil olması barədə danışan Rusiya Prezidenti yanında Beynəlxalq Əlaqələr Şurasının Rəyasət Heyətinin üzvü Boqdan Bezpalko Yenicag.az-a açıqlamasında deyib.

O qeyd edib ki, Ukraynanın Rusiya ərazisinə “soxulması” rəsmi Kiyevin planı ola bilməz:

“Bu cür müdaxilə sərhədin xüsusi hərbi əməliyyatın keçirilməsi ilə heç bir əlaqəsi olmayan, genişmiqyaslı hərbi əməliyyatların aparılmadığı hissələrində Rusiyanın müdafiəsinin sınağı ola bilər. Bu akt öz müəllifliyinə görə heç də Ukraynaya aid deyil. Bu qərar ya Amerikadan, ya da NATO qərargahından gəlir. Bu, çox təhlükəli vəziyyətdir. Rusiyanın NATO ilə genişmiqyaslı münaqişə ssenarisini nəzərdən keçirmədiyinə baxmayaraq, nüvə təhlükəsi ortadadır və bu, qlobal böhrana, fəlakətə gətirib çıxara bilər.

Türkiyənin sülhü möhkəmləndirmək üçün hansı addımlar ata biləcəyinə gəlincə, mənim nöqteyi-nəzərimdən, təbii ki, o, Ukraynaya silah tədarükünü dayandırmalı, daha fəal vasitəçi rolunu oynamalıdır”.

COP29

www.yenicag.az

1515
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv