!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ukraynanın Kurska hücumu plana uyğun getmədi” – Britaniyalı analitik

!Reklam – Yazi

“Hücumlar Ukrayna ordusunun birləşmələrini sıradan çıxardı”.

Yenicag.az xəbər verir ki, bunu Ukraynanın cəbhədə üstünlük əldə etməsinin müharibənin taleyinə təsirindən danışan britaniyalı analitik Aleksandr Merkuris bildirib.

Onun sözlərinə görə, Ukrayna uzun müddət sonra ilk dəfə cəbhədə irəliləməyi bacardı.
“Lakin bu irəliləmə konkret plan üzrə idi. Ukrayna prezidenti Volodimir Zelenski özü də bəyan etmişdi ki, müharibə Rusiyanın içlərinə daşınmalıdır.

Düzdür, müəyyən qədər Rusiyanın içinə daşıya, müharibəni onlara hiss etdirə bildilər.

Ancaq tam istənilən nəticə əldə olunmadı və Ukraynanın Kursk bölgəsinə hücumu plana uyğun getmədi. Nəticədə isə onlar öncədən planlanmayan situasiyalarla qarşılaşdılar. Belə olan halda, öz qüvvələrini dağıtmaq məcburiyyətində qaldılar. Bir sözlə, pusqu və hücumlar Ukrayna ordusunun birləşmələrini sıradan çıxardı”, – deyə o, bildirib.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

224
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv