Ukraynanın QADIN DÖYÜŞÇÜLƏRİ: “Zəriflər” daha çox hansı qoşun növlərində vuruşurlar?

media-hightechnic-468x90

Ukrayna Silahlı Qüvvələrində Rusiyaya qarşı döyüşlərə qatılan xanımların sayı açıqlanıb.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzün ilk günlərində könüllü şəkildə orduya qoşulmaq üçün müracət edən qadınların sayı 11 min nəfərdən çox olub.

Bu barədə danışan Ukrayna Ordusu Birləşmiş Qüvvələrinin komandanı general-leytenant Sergey Nayev xanımların daha çox hansı qoşun nnövlərində xidmət keçdiklərinə aydınlıq gətirib:

“Xanımlar müharibənin ilk günlərindən etibarən səfərbərlik məntəqələrində kişilərlə çiyin-çiyinə növbə gözləyərək vətənin müdafiəsinə can atıblar.

Onlar ən təhlükəli hərbi ixtisasları seçərək qumbaraatanların, pulemyotçuların, atıcı və snayperlərin sıralarını artırıblar. Eyni zamanda, qadınlar tanklarda hədəfləyici, top və minaatanlara xidmət ixtisaslarını seçməkdən də çəkinməyiblər.

Hazırda Quru Qoşunlarında 16 min, Hərbi Hava Qüvvələrində 7 min, Hərbi-Dəniz Qüvvələrində 2 min, Desant-hücum qoşunlarında 1 min, Ərazi-müdafiə qüvvələrində isə 3 mindən çox xanım hərbi xidmətdədir. Bizim döyüşçü xanımlar öz qabiliyyətlərinə görə hətta əfsanəvi amazon qadınlarını da üstələyiblər”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600