Ulduz futbolçu 1 il yaşıl meydanlardan uzaq qalacaq – Yenicag.Az

Reklam

Reklam

“Liverpul”un ulduz futbolçusu Aleks Oksleyd – Çemberlen bir il müddətinə yaşıl meydanlardan uzaq qalacaq.

Yenicag.az xəbər verir ki, bu barədə İngiltərə təmsilçisinin baş məşqçisi Yurgen Klopp açıqlama verib.

Təcrübəli mütəxəssisin sözlərinə görə, 24 yaşlı yarımmüdafiəçi növbəti mövsümdə forma geyinə bilməyəcək.

Buna səbəb isə Çempionlar Liqası çərçivəsində ötən mövsüm “Roma” ilə keçirilən oyunda futbolçunun aldığı zədədir.

Sözügedən qarşılaşmada bağları qopan ingilis futbolçunun əməliyyatdan sonra 1 il müalicə alacağı dəqiqləşib.

Qeyd edək ki, 2017-ci ildə 38 milyon avro qarşılığında “Arsenal”dan transfer olunan Aleks Oksleyd – Çemberlen meydana çıxdığı 48 qarşılaşmada 5 qol vurub, 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1989
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.