Ulu Öndərin 103 illiyi ilə bağlı Heydər zirvəsinə yürüş təşkil olundu – Fotolar

media-hightechnic-468x90

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə ölkəmizdə silsilə tədbirlər həyata keçirilir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi də öz növbəsində Ulu Öndərin əziz xatirəsinə həsr olunan tədbirlərin təşkilində fəal iştirak edir.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, Aqrar, Ekologiya və Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyi və Agentliyin Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin bir qrup əməkdaşı Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində yerləşən Heydər zirvəsinə yürüş həyata keçirib.

Yürüş dəniz səviyyəsindən 3751 metr yüksəklikdə yerləşən zirvəyə qalxmaqla yekunlaşıb.

Zirvədə Ulu Öndər Heydər Əliyevin barelyefi ziyarət olunaraq, onun əziz xatirəsi ehtiramla yad edilib.

Ağır hava şəraitinə və mürəkkəb relyefə baxmayaraq, yürüş iştirakçıları qarşıya qoyulan məqsədə uğurla nail olub, Ümummilli Liderin ideyalarına sədaqət və dövlətçiliyimizə bağlılıqlarını nümayiş etdiriblər.

 



media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05