Ulu Öndərin xatirəsi anıldı
İsmayıllı şəhərində Yeni Azərbaycan Partiyası rayon təşkilatının və rayon gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin xatirəsini anma gününə həsr olunan tədbir keçirilib. İsmayıllı Humanitar və Texnologiya Kollecinin akt zalında təşkil edilən, kollecin və rayondakı peşə tədris mərkəzinin kollektivlərinin fəal iştirakı ilə keçirilən tədbirdə Əməkdar Müəllim Ramiz Baloğlanov “Heydər Əliyevi tarix yaratdı, Heydər Əliyev tarix yaratdı” mövzusunda məruzə edib, çıxışlar dinlənilib.
Məruzə və çıxışlarda görkəmli dövlət və siyasi xadim, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri geniş şərh olunub. Ötən əsrin 90-cı illərinin əvvəllərində dağılmaq, məhv olmaq təhlükəsi ilə üzləşən Azərbaycanda müstəqil, demokratik dövlətin memarı və qurucusu kimi şanlı bir tarix yaradıb. Azərbaycan xalqı hər kəs üçün örnək və iftixar mənbəyi olan bu tarixlə fəxr edir və əsrlər boyu fəxr edəcək.
Tədbirdə Ulu Öndərin zəngin həyat yolu, xilaskarlıq missiyası, Heydər Əliyev fenomeni barədə ətraflı, konkret faktlara əsaslanan məlumatlar verilib.
Sonda gənclərə rayon icra hakimiyyəti tərəfindən Ümummilli Liderin 90 illiyi münasibətilə hazırlanan “Mübarək səfərlər, səmimi görüşlər” kitabı hədiyyə olunub.
(sia.az)