!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Unudulmaz “Məzi”nin anım günüdür

!Reklam – Yazi

Bu gün əməkdar artist, aktyor Elçin Həmidovun anım günüdür.

Yenicag.az xəbər verir ki, Həmidov Elçin Qəzənfər oğlu 1958-ci il iyunun 29-da Bakıda anadan olub. Uşaq yaşından əvvəlcə atasını, sonra anasını itirib. Elçini və bacı-qardaşlarını əmisi himayəsinə götürüb.

Amma gələcəyin istedadlı aktyorunu hələ qarşıda daha böyük çətinliklər gözləyir. Əmisinin evində də əziyyətli günlər keçirən, valideynlərinin itkisindən özünə gəlməyə macal tapmayan Elçinin əvvəlcə bacısı, sonra isə qardaşları vəfat edir. 1974–cü ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında xor artisti vəzifəsində çalışıb. 1977-ci ildə İncəsənət İnstitutunun “Dram-kino aktyoru” fakültəsinə daxil olub, 1981-ci ildə bitirib.

1983-cü ildən Azərbaycan Dövlət Musiqili Komediya teatrında artist-vokalist kimi fəaliyyət göstərib. İstedadı və bacarığı sayəsində Elçin Həmidov az vaxt ərzində kollektivdə böyük hörmət qazanıb. Məlahətli səsə və məharətli aktyorluq bacarığına malik olan Elçin, klassik və müasir Azərbaycan bəstəkarlarının əsərlərində özünəməxsus maraqlı obrazlar yaratmağa nail olub.

Elçin Həmidov istedad baxımdan varlı insan idi. Onun məlahətli səsi var idi və hər cür janrda ifa etməyi bacarırdı. Əsl bariton və soprano səsə malik idi. Tamaşalardakı çox musiqiləri ifa edir və tamaşalara xüsusi ahəngdarlıq və gözəllik qatırdı.

O, hər bir rolu ilə tamaşaçıya gülüş, sevinc bəxş etməyə çalışırdı. Bunun üçün Elçin Həmidova epizodik olsa belə, səhnədə, televiziya ekranında görünmək kifayət edirdi. Tanınmış sənətçiləri parodiya etməyi isə başqa bir aləm idi. O, gülərüz simaya, əla bədən quruluşuna malik idi və onda qadın və kişi rolları çox koloritli alınırdı. Bu mənada Elçin bənzərsiz aktyor idi. Onun parodiyalarını uşaqdan böyüyə hər kəs çox sevərək izləyirdi.

İstedadlı aktyor həmçinin “Planet Parni iz Baku” KVN teatrının əsas simalarından biri idi.O, bu teatrda gözəl obrazlar yaratmışdır. O cümlədən, “Məhəllə 1” və “Məhəllə 2” filmlərində canlandırdığı “Məzi” obrazı komik olmaqla bərabər, həm də düşündürücüdür. Bundan başqa Elçin Həmidov televiziya verilişlərində də aparıcılıq edib. Onun “Tez bazar”, eləcə də mətbəx verilişləri tamaşaçılar tərəfindən maraqla qarşılanırdı.

Onun son yaratdığı obraz Nikolay Vasilyeviç Qoqolun “Evlənmə” komediyasında Yaiçnitsa obrazı oldu. 23 fevral tarixində Elçin Həmidovun ilk və son premyerası oldu.

2011-ci il martın 4-də istedadlı aktyor qəflətən dünyasını dəyişdi. Elçinin işə gəlmədiyini görən dostları onun evinə getdilər. Fövqaladə Hallar Nazirliyinin işçilərinin köməyilə qapı açıldı. Təəssüf ki, vaxt artıq Elçin Həmidov tək-tənha dünyasını dəyişmişdi.

Aktyor martın 5-də Xırdalan qəbiristanlığında torpağa tapşırılmışdır.

www.yenicag.az

357
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv