Uorlikin Bakıya gəlməməsinin səbəbi…

media-hightechnic-468x90

68091_res_01ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Azərbaycana səfər edə bilməyib.

Bu barədə ABŞ-ın ölkəmizdəki səfirliyindən bildirilib. “Ceyms Uorlik bu həftə ATƏT-in Minsk Qrupunun digər həmsədrləri ilə Azərbaycana səfər planlaşdırsa da, şəxsi məsələlər üzündən həmkarlarına qoşula bilməyib. Buna baxmayaraq ABŞ tərəfi Azərbaycan hökuməti ilə keçirilən görüşlərdə təmsil olunub. Səfir Uorlik həmkarlarının səfərinin məhsuldar olduğuna inanır, habelə Azərbaycan və Ermənistan prezidentlərinin Parisdə baş tutacaq görüşünü səbirsizliklə gözləyir”, – deyə ABŞ səfirliyinin məlumatında qeyd olunub.

Xatırladaq ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya) və Pyer Andriu (Fransa) artıq Bakıdadırlar. Həmsədrlərin regiona səfəri oktyabrın 18-dək davam edəcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600