!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Ürəyim yanır" - Əməkdar artistin ailəsində ağır gün

!Reklam – Yazi

10 yanvar əməkdar artist Gülüstan Əliyevanın həyat yoldaşı Zahid Əhmədovun Cəbrayıl uğrunda gedən döyüşlərdə şəhid olduğu gündür.

Yenicag.az-la kədərini bölüşən sənətkar göz yaşlarını saxlaya bilməyib:

“Onu məndən 27 illik zaman kəsiyi ayırır. 1991-ci ildə Cəbrayılda şəhid oldu. Onu Cəbrayılın ziyarət dağında, Hacı Qaramanlı qəbiristanlığında dəfn etdik. Bu gün də məzarı ilə torpağına keşik çəkir. Oğlum atasının üzünü belə görməyib. Onun qəbrini ziyarət etmək, orda gözyaşı tökmək bizə nəsib olmur. Bundan ağır nə ola bilər ki? Ürəyim yanır, bu kədəri ömrüm boyu içimdə daşımışam və daşıyacam da”.

G.Əliyeva həyat yoldaşından sonra ikinci dəfə ailə qurmamasının səbəbini belə izah edib:

“Onu əvəz edə biləcək kişi qarşıma çıxmadı. Çətin günlərim olanda həmişə yuxuma girir. Həmin gün problemlərim həll olunur. Mən bilirəm ki, onun ruhu həmişə bizimlədir”.

Cəvahir

COP29

www.yenicag.az

6279
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv