Uzandıqca uzanan Ukrayna savaşı: Qeyri-müəyyən vəziyyət nə qədər davam edəcək?

media-hightechnic-468x90

“Ukrayna təslimçi sülhlə barışmaq istəmir”.

media-banner_tuq

Bunu Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu Yenicag.az-a açıqlamasında bildirib.media-eli_zulfuqaroglu

O qeyd edib ki, mövcud reallıq yaxın perspektivdə Ukrayna ilə Rusiya arasında razılaşma olacağını deməyə əsas vermir:

“Ukrayna bəyan edir ki, heç bir zaman təslimçi sülhlə barışmayacaq. Rusiya isə işğal etdiyi ərazilərin qalan hissəsini də tələb edir. Yəni Ukrayna üçün qəbuledilməz şərtlər irəli sürür. Son zamanlar Ukraynanın Rusiya ərazilərinə effektiv zərbələri də Rusiyanın güzəştə getməsi ilə bağlı konktret nəticələr doğurmayıb”.

Əli Zülfüqaroğlu əlavə edib ki, məsələ iki ölkənin maraqları ilə məhdudlaşmadığı və çoxtərəfli xarakter aldığı üçün kifayət qədər mürəkkəb vəziyyət yaranıb:

“Bu həm də Avropa İttifaqının savaşına çevrilib. Doğrudur, Avropa İttifaqı ölkələri arasında Ukrayna savaşı ilə bağlı fikir ayrılıqları yaransa da, Avropa İttifaqı strukturları bütövlükdə vahid mövqedən çıxış edir və ənənəvi strategiyanın -tükəndirmə planının davam etdirilməsinə çalışırlar. Amma İran müharibəsi də vəziyyəti kökündən dəyişib, Rusiyanın mövqelərini gücləndirib. Neftin qiymətinin qalxması, Avropa İttifaqı iqtiadiyyatına mənfi təsir göstərir. İranın Hörmüz kartı həm də Rusiyanın maraqlarına xidmət edir. Bu istər iqtisadi, istərsə də geosiyasi anlamda Rusiya üçün əlverişli şərait yaradır. Ona görə də Ukrayna məsələsi kifayət qədər mürəkkəb və qeyri-müəyyən vəziyyət yaradır. Peskov da bu perspektivdən çıxış edərək Rusiyanın güzəştə getməyəcəyi mesajını verir”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05