Üzeyir Mehdizadə xəsarət aldı: 12 tikiş vuruldu

media-hightechnic-468x90

Müğənni Üzeyir Mehdizadə xəsarət alıb. 

Yenicag.az xəbər verir ki, bunu Baku.ws-ə açıqlamasında sənətçinin prodüseri İlqar bəy deyib. O, hazırda Mehdizadənin səhhətinin yaxşı olduğunu qeyd edib:

“Üzeyir bəy evdə olarkən stəkan sınıb, əlini kəsib. Təcili tibbi yardım göstərilərək 12 tikiş vurulub. Hazırda səhhəti normaldır. Evindədir”.

Xatırladaq ki, ifaçı sosial şəbəkə hesabında zədə alması, səhhəti haqqında paylaşım etmişdi:

“Mənə görə narahat olan dostlar, hər birinizə ayrı-ayrılıqda cavab verə bilməsəm də, maraqlandığınız üçün təşəkkür edirəm. Narahat olmayın, yüngül zədə almışam. Hər şey yaxşıdır”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600