Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Vahid Əzizdən sərt reaksiya: “Söyüş söyür, tərbiyəsizlik edir”

Tanınmış şair Vahid Əziz qəzəblənib. Onu özündən çıxaran isə efir məkanında səslənən qeyri-etik ifadələrin artması, eləcə də mahnıların bayağı mətnləridir.

Yenicag.az-a açıqlama verən şair bu kimi halların aradan qalxması üçün bədii şuraların yaradılmasını vacib sayıb:

“20 ildir deyirəm, amma baxan yoxdur. Efirdə səslənən mahnıların mətnlərinə fikir verən yoxdur. Bayağı, mənasız söz yığınıdır. 30 il əvvəlki mahnıları dəyişdirib oxuyurlar, deyirlər özümüz bəstələmişik. Dərd bir deyil, iki deyil. Efirdə söyüş söyürlər, tərbiyəsizlik baş alıb gedir. Bütün bunlara nəzarət etmək lazımdır. Bunun üçün də mütləq bədii şuralar yaradılmalıdır. Efirdə səslənən musiqilər bu işin peşəkarları tərəfindən süzgəcdən keçirilməlidir. Etik normalar gözlənilməlidir. Təhqirə, söyüşə yol vermək olmaz”.

Cəvahir

www.yenicag.az

6093
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100