Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Vaksinlər yaxın 2-3 ay ərzində ölkəyə gətiriləcək” – TƏBİB rəsmisi

“Payız-qış mövsümü gəldiyinə görə bütün respirator infeksiyalar aktivləşəcək”.

Yenicag.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxış edən Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri Akif Qurbanov deyib.

Akif Qurbanov bildirib ki, karantin rejiminin birdən-birə yumşaldılması yoluxma sayını anidən artıra bilər:

“Payız-qış mövsümü gəldiyinə görə bütün respirator infeksiyalar aktivləşəcək. Hər kəs nəzərdə saxlamalıdır ki, qoruyucu tədbirləri lazımi şəkildə icra etmək vacibdir.
Hazırda dövlət səviyyəsində qrip əleyhinə vaksinlərin alınmasına hazırlıq gedir. Yaxın 2-3 ay ərzində vaksinlərin ölkəyə gətirilməsi təmin ediləcək”.

Gülşən Şərif

www.yenicag.az

238
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100