!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Valideynlərin SEÇİM HÜQUQU: Onlar distant, yoxsa ənənəvi tədrisi seçəcəklər? – Ekspertdən İZAHAT

!Reklam – Yazi

“Lakin bu məsələdə valideynlərə seçim azadlığının verilməsi müəyyən qədər səhlənkarlığa yol açacaq”.

Ötən gün yeni tədris ilinin başlanmasına həsr olunmuş brifinqdə çıxış edən təhsil naziri Emin Əmrullayev bildirib ki, valideynlərin uşaqlarını məktəbə göndərmək və ya göndərməmək seçimi tanınacaq. Yəni valideynlər övladlarının tədrisə hansı təhsil formasında qoşulmalarını istəyirsə, bununla əlaqədar sərbəst seçim edə biləcəklər.

Yeni dərs ili çərçivəsində valideynlərə övladları üçün təhsil formasını seçmək hüququ verilməsini Yenicag.az-a şərh edən ekspert Qoşqar Məhərrəmov bildirib ki, distant təhsil artıq həyatımıza daxil olub və yaxın gələcəkdə bu təhsil formasından imtina ediləcəyi gözlənilmir:

“Brifinqdə təhsil naziri Emin Əmrullayev yeni dərs ilinə aid bir sıra məsələlər haqqında ətraflı məlumat verdi. Lakin bəzi məqamlar da vardı ki, nazir onlara aydınlıq gətirməkdə müəyyən çətinlik çəkdi.

O məsələlərdən biri qanunda təsbit edilməsinə baxmayaraq, distant təhsillə bağlı infrastrukturun hələ də tələblərə cavab verməməsidir. Distant təhsil artıq həyatımıza daxil olub və yaxın müddətdə bu təhsil formasına olan ehtiyacın aradan qalxacağı gözlənilmir.

Lakin valideynlərin hansı təhsil formasına üstünlük verəcəyini indidən söyləmək çox çətindir. Çünki distant təhsillə bağlı göstəricilər regionlar üzrə fərqli olacaq. Aydın məsələdir ki, evində distant təhsil üçün vacib sayılan vasitələr olan, yoluxma hallarının çox və məktəblərin sıx olduğu böyük şəhərlərdə valideynlər distant təhsilə üstünlük verəcək. Lakin müəyyən kəndlər, qəsəbələr və internetin zəif olduğu digər ərazilərdə valideynlər ənənəvi təhsil formasını daha məqbul sayacaqlar.

Paytaxt Bakıda da imkanı olan valideynlər övladlarını məktəbə göndərməyəcək, imkanı olmayanlar isə ənənəvi tədrisə üstünlük verəcəklər. Ümumilikdə valideynlərin seçiminə imkan yaradılması müsbət addımdır. Bu, Təhsil Nazirliyinin məsuliyyəti xalqla bölüşdüyünü və ictimai iştirakçılığa imkan yaratdığını göstərir. Lakin bu məsələdə valideynlərə seçim azadlığının verilməsi müəyyən qədər səhlənkarlığa yol açacaq”.

Gülşən Şərif

COP29

www.yenicag.az

3328
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv