Valideynlərinin zorla ərə vermək istədiyi fotomodel intihar etdi
Əslən Hindistandan olan britaniyalı fotomodel Nadya Menza onu zorla ərə vermək istəyən valideynlərinin təzyiqinə dözməyərək Mançester şəhərindəki evində intihar edib.
24 yaşlı fotomodel 5 ildən çoxdur müsəlman sevgilisi ilə nikahda olsa da, valideynləri bu izdivacı qəbul etməyərək qızlarına öz namizədlərini təklif edirdilər.
Valideynlərinin israrı nəticəsində dərin depressiyaya düşən fotomodel psixoloji yardım da alıb. Sonda isə evində özünü asıb.
Maraqlıdır ki, mərhumun valideynləri qızlarının ölümünü intihar hesab etmir və onun müsəlman əri tərəfindən döyülərək öldürüldüyünü bildiriblər. Məhkəmə ekspertizası isə Nadya Menazın intihar etdiyini ortaya qoyub.
3 yaşlı qızı ilə tək qalan Nadyanın əri isə hadisədən bir neçə gün öncə həyat yoldaşının valideynlərinə görə həyatdan bezdiyini və intihar barədə düşündüyünü söyləyib(modern).