Van Qoqun əsəri 4,5 milyon avrodan baha qiymətə satıldı

media-hightechnic-468x90

Van Qoqun 1884-cü ildə çəkdiyi “Ağ papaqlı kəndli qadın” portreti Maastrixtdə keçirilən Avropa İncəsənət Yarmarkasında (TEFAF) satılıb. NOS telekanalının məlumatına görə, portreti alan şəxs 4,5 milyon avrodan çox pul ödəyib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, əsər Yeni Orleanda yerləşən M.S. RAU qalereyası tərəfindən satışa çıxarılıb.

TEFAF martın 14-dək davam edəcək. Builki yarmarkada 22 ölkədən 270-dən çox qalereya və antikvar ticarəti ilə məşğul olanlar iştirak edir. Onlar rəsmlər, heykəllər, zərgərlik məmulatları, fotoşəkillər və s. təklif edirlər./Azertag/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05