Vaqif Səmədoğlu dəfn olundu-Fotolar

media-hightechnic-468x90

7b86170c7829bc392526c3d72bea51c5Azərbaycanın xalq şairi Vaqif Səmədoğlu ilə vida mərasimi başa çatıb.

Mərhumun cənazəsi Akademik Milli Dram Teatrından qaldırılıb və dəfn olunmaq üçün I Fəxri Xiyabana aparılıb.

Şair I Fəxri Xiyabanda atası, xalq şairi Səməd Vurğunun məzarı yaxınlığında torpağa tapşırılıb.

Mərhumun ruhuna dualar oxunub.

***
Akademik Milli Dram Teatrında xalq şairi Vaqif Səmədoğlu ilə vida mərasimi başlayıb.

Mərasimdə şairin ailə üzvləri, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, dövlət müşaviri Kamal Abdulla, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev və başqaları iştirak edir.

Xalq yazıçısı Anar V. Səmədoğlunun ölümünü Azərbaycan ədəbiyyatı üçün böyük itki kimi dəyərləndirib: “Səməd Vurğun ailəsi sonbeşiyini, Azərbaycan ədəbiyyatı böyük şairini, mən dostumu itirdim. Vaqif ölümdən yazsa da, həyatı çox sevirdi. O, bizə kişi kimi yaşamağı, ölümü kişi kimi qarşılamağı öyrətdi”.

Dövlət müşaviri Kamal Abdulla bildirib ki, V. Səmədoğlunun itkisi ədəbiyyatın böyük itkisidir: “Onun qədər daxilən azad adam tapmaq çətin məsələdir. Onun həyat sevgisi, təbəssümü hər kəsin qəlbində yaşayacaq. Vaqif Səmədoğlu öz həyat fəlsəfəsi, öz həyat baxışı olan insan idi”.

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, xalq şairi Nəriman Həsənzadə, millət vəkili Nizami Cəfərov və başqaları V. Səmədoğlu haqqında fikirlərini bölüşüblər(apa).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600