Vasif Əzimov: “Gərək gülü də tikanı ilə birgə sevəsən”
“Elə adam var ki, onun sənə yaxşılıq, yaxud pislik edib-etməməsinin sənin üçün heç bir fərqi yoxdur”.
Yenicag.az xəbər verir ki, bu fikirləri müğənni Vasif Əzimov “İncəSəhər” verilişində səsləndirib.
Kinli biri olmadığını vurğulayan sənətçi hər kəsi də bağışlayan olmağa çağırıb:
“İnsan səhv edə bilər. Bəzən qəlbimiz qırılır, bəzən də biz kiminsə qəlbini qırırıq. Amma buna çox fikir vermək lazım deyil. Əgər olanları ürəyinə salsan, yerində sayacaqsan. İnsan ən çox umduğu adamdan küsür. Elə adam var ki, onun sənə yaxşılıq, ya da pislik etməyinin fərqi yoxdur; etsə də sağ olsun, etməsə də… Lakin elə insanlar da var ki, onların xırda bir sözü və ya hərəkəti belə sənə dərindən təsir edir. Belə vəziyyətlərə də öyrəşmək, qəbul etmək lazımdır. Əgər dəyər verdiyin insandırsa, gərək güzəştə gedəsən. Axı gərək gülü də tikanı ilə birgə sevəsən”.
Nehru













