!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vaşinqtodan İsrailə ÇAĞIRIŞ – ABŞ-nin səyləri nəticə verəcəkmi?

!Reklam – Yazi

“ABŞ-nin indiki hökuməti hazırkı məqamda İsrailin Fələstinlə bağlı apardığı siyasəti dəstəkləmir. Vaşinqtonun Təl-Əvivi sülhə çağırması o demək deyil ki, Birləşmiş Ştatlar ədalətli yanaşma sərgiləyir və bölgədə sülhdə maraqlıdır”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Əli Zülfüqaroğlu deyib.

Siyasi təhlilçi ABŞ-nin dövlət katibi Entoni Blinkenin Yaxın Şərq səfərindən sonra İsrailin yenidən bölgədə hərbi əməliyyatlara start verməsindən söz açıb.

Onun sözlərinə görə, Netanyahunun adekvat olmayan siyasəti, Qəzzada qətliamlar törətməsi dünya ictimaiyyətinin İsraillə yanaşı, Qərbə də etirazını artırdı:

“Eyni zamanda, ABŞ daxilində hökumətə kifayət qədər etiraz dalğasını yüksəltdi. Bu isə hazırkı hökuməti çox ciddi təhlükə ilə üz-üzə qoydu. Ona görə də Vaşinqton administrasiyası maksimum səy göstərməyə çalışır ki, İsrail hökumətinə təsir etsin və seçki ərəfəsində bölgədə danışıqların başlanması görüntüsü yaratsın, eləcə də seçkiqabağı dividentlər əldə etsin. Lakin İsrailin indiki rəhbərliyi – radikal dindarlardan formalaşan, əslində isə teokratik rejim olan koalisiya hökuməti və onların başında olan Benyamin Netanyahu ABŞ-nin indiki yürütdüyü siyasətə qarşı olaraq, bilərəkdən atəşkəsi pozur ki, gələcəkdə Tramp iqtidara gəlsin. Yəni hər 2 hökumət arasında anlaşılmazlıq bundan ibarətdir”.

Ə. Zülfüqaroğluya görə, Netanyahunun Yaxın Şərqdə apardığı əməliyyatlar, İranı münaqişəyə cəlb etmək istəkləri, eyni zamanda, Livanla müharibə cəhdlərinin məqsədi məhz bundan ibarətdir:

“Birinci mərhələ odur ki, İsrail hakimiyyəti indiki halda atəşkəsə gedəcəksə, o zaman sionizmin qırılma nöqtəsi çatacaq və Netanyahu hakimiyyətdən gedəcək və demokratların səs qazanma potensialı artacaq. Netanyahu da düşünür ki, belə olan halda, onun siyasi ömrü tamamilə bitəcək. Ona görə də o, müharibəyə getməklə, əslində, sadalanan planları həyata keçirməyə çalışır.

Aydın şəkildə bilməliyik ki, sionizm ideologiyası üzərindən xarici siyasət strategiyasını müəyyənləşdirən, radikal dindarlardan formalaşan teokratik rejim İsraildə hakimiyyətdə olacaqsa, Yaxın Şərqdə heç bir zaman sülh olmayacaq. Eləcə də ABŞ-nin bütün səyləri indiki halda heç bir nəticə verməyəcək. Ona görə də ABŞ-nin dövlət katibi Entoni Blinkenin səfərlərinin, Qətər və Misirdə aparılan danışıqların heç bir nəticə vermədiyini görürük”.

Rafi Müslümov

COP29

www.yenicag.az

239
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv