34 milyon şərti barədə suallar ola bilər.
Yenicag.az xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva deyib.
Samirə Musayeva bildirib ki, tütün məmulatlarının istehsalı üçün tələb olunan avadanlıqların bazar qiyməti burada nəzərə alınıb:
“Yerli tütün məmulatlarının istehsalı yerli bazarın tələblərinə cavab verməsi və idxalın tənzimlənməsinə zərurət yaranıb. Ona görə də ən az ölkə ərazisində bir il fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qeydiyyata alınması tələbi qoyulub. Yerli tütünçülüyün inkişafı bu layihə ilə hədəflənir. Tütün məmulatlarının tərkibində 2024-cü ildən başlayaraq 2030-cu ilədək yerli xammalın həcminin artırılması hədəflənir. Keyfiyyətli tütün məmulatlarının istehsalına şərait yaradacaq keyfiyyətli tütün xammalı istehsalı hədəflənir. Tütün xammalının yeni növlərinin becərilməsi, və həcminin artması üçün 2024-cü ildə istehsal olunan tütün məmulatlarının tərkibində 96 qram yerli xammal, 2027-2029-cu ildə 100 qram, 30-cu və daha sonrakı illərdə 120 qram yerli xammal olması tələbi qoyulur. Bu da yerli bazarın qorunması ilə bağlı məqsədlərə xidmət etmiş olacaq”.
www.yenicag.az