!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vətən müharibəsinin labüd qıldığı PSİXOLOJİ YARDIM: "Qazi, savaş iştirakçıları və şəhid ailələrinə dəstək verilməsi..."

!Reklam – Yazi

“ABŞ-də yaşayan ən aparıcı mütəxəssislər bir çox metodlar vasitəsilə layihədə iştirak edən 40 psixoloqa müxtəlif təlim və seminarlar vermişdir”.

Yenicag.az xəbər verir ki, bunu ABŞ və Azərbaycanda qeydiyyatdan keçmiş “For Azerbaijan” beynəlxalq təşkilatı ilə “PAŞA Sığorta”nın maliyyə dəstəyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tərəfdaşlığı əsasında həyata keçirilən “Azərbaycanda psixoloji reabilitasiya imkanlarının artırılması layihəsi çərçivəsində “Posttravmatik stres hallarında yazılı ekspozisiya terapiyası” kitabının və “CPT Coach” mobil tətbiqinin təqdimat mərasimində çıxış edən Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin rəhbəri Fuad İsmayılov deyib.

Onun sözlərinə görə, Vətən müharibəsindən dərhal sonra dövlət başçısının ilk qərarlarından biri də psixoloji yardım xidmətlərinin təşkili ilə bağlı olub:

“Vətən müharibəsindən sonra bir çox müharibə iştirakçısı, şəhid ailəsi, erməni terrorundan əziyət çəkən insanlarda travma ilə əlaqədar müəyyən problemlər yarandı. Təsadüfü deyil ki, Vətən müharibəsindən dərhal sonra ölkə başçımızın ilk qərarlarından biri psixoloji yardım xidmətlərinin təşkili olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Fövqəladə Hallar Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin birgə təşəbbüsü və fəaliyyəti sahəsində müxtəlif psixoloji xidmətlər təşkil olunmuşdur.

Eyni zamanda, qeyd etmək lazımdır ki, bir çox insana daha spesifik, dərin psixoterapiya müalicələri lazım olub. Bu müalicə növlərinin ölkəmizə gətirilməsində xaricdə yaşayan həmyerlilərimizin rolu böyükdür. Onlar Azərbaycanda xeyriyyəçilik çərçivəsində bir neçə layihə həyata keçiriblər. Bu layihələr psixolji yardımların dəstəklənməsi üçün nəzərdə tutulub.

Bugünkü layihə də digər tədbirlərdən həm psixoloq çoxluğu, həm də keyfiyyətli təşkilatçılığına görə fərqlənir. ABŞ-də yaşayan ən aparıcı mütəxəssislər bir çox metodlar vasitəsilə layihədə iştirak edən 40 psixoloqa müxtəlif təlim və seminarlar vermişdir. İnanıram ki, qazi, müharibə iştirakçıları, şəhid ailələrinə psixoloji dəstək verilməsi sahəsində “Posttravmatik stres pozuntusu hallarında yazılı ekspozisiya terapiyası” kitabının rolu böyük olacaq. Sağlamlıq sahəsində fəaliyyət göstərən hər kəsi ürəkdən təbrik edirəm”.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

446
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv