Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Vətən müharibəsinin xronikası - 26 oktyabr

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

Yenicag.az Vətən müharibəsinin xronikasını təqdim edir.

– Prezident İlham Əliyev xalqa müraciət edib.

– Prezident İlham Əliyev xalqa müraciətində Zəngilan, Qubadlı, Cəbrayılın azad edilmiş kəndlərinin adlarını açıqlayıb.

– Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva instaqram hesabında Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir sıra kəndləri və Qubadlı şəhəri işğaldan azad edilməsi münasibətilə bağlı paylaşım edib.

– Prezident İlham Əliyev İtaliyanın Rai-1 televiziya kanalına müsahibə verib.

– Ermənistan silahlı qüvvələri bölmələrimizi artilleriya atəşinə tutub.

– Tovuz, Gədəbəy və Daşkəsən rayonları Ermənistandan atəşə tutulub.

– Ermənistan atəşkəs rejimini pozmaqda davam edib.

– Ağcabədi rayonu, Tərtər şəhəri atəşə tutulub.

– Düşmən kvadrokopteri məhv edilib.

– Düşmən Tərtəri “Smerç” ilə atəşə tutub.

– Qubadlı rayonunun işğaldan azad olunan Padar və Xanlıq kəndlərinin videogörüntüsü yayılıb.

– İşğaldan azad olunan Qubadlı şəhərinin videogörüntüsü yayılıb.

www.yenicag.az

179
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100